Türkiyə
rəsmiləri deyir ki, rəsmi Ankara on illərlə davam edən soyuq münasibətlərdən
sonra tezliklə Ermənistanla diplomatik münasibətlər quracaq. Rəsmilər diplomatik münasibətlərin yaranması
haqda razılığın oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri
tərəfindən imzalanacağını bildirib.
Aylarla davam edən danışıqlarda sonra əldə edilən razılıq həmçinin
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çağırır. Razılıq hər iki ölkənin parlamenti tərəfindən
təsdiq edilməlidir.