Accessibility links

Avropa Birliyinin hesabatında Rusiya və Gürcüstan hökumətlərinin məsuliyyət daşıdığı deyilir


Avropa Birliyinin uzun müddət gözlənilən hesabatında deyilir ki, ötən ilin beş günlük münaqişəsinə görə həm Rusiya həm də Gürcüstan hökumətləri məsuliyyət daşıyırlar. Avropa Birlyinin ali təhqiqatçısı Haydi Taqliavininin açıqladığı bəyanatda deiylir ki, Cənubi Osetiya paytaxtını ağır artilleriya atəşinə tutmaqla Gürcüstan müharibəyə təkan verib. O, bildirdib ki, gürcülərin hücum üçün verdiyi izahatların heç biri hüquqi əsasa malik olmayıb və bombardman başlanan zaman irimiqyaslı Rusiya hərbi müdaxiləsi mövcud deyildi. Lakin Rusiyanın əməllərini tənqid edən Taqliavini Cənubi Osetiya və Abxaziya vətəndaşlarına Rusiya pasportlarının paylanmasını və Cənubi Osetiya hüdudlarından kənarda Gürcüstan ərazilərinin işğal edilməsini vurğulayıb. O habelə, Moskvanın bu əraziləri müstəqil dövlət kimi tanımasını pisləyib.
XS
SM
MD
LG