İsrailin Baş naziri Benyamin Netanyahu son üç gündə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçellə ikinci dəfə görüşüb. Bununla belə durğunluq vəziyyətində olan sülh danışıqlarının yaxın zamanlarda bərpa olunacağına hələ də işarələr yoxdur.
Cənab Netanyahunun ofisindən bildirilir ki, onlar arasında görüş Qüdsdə cümə günü danışıqlardan sonra bu gün baş tutub. Baş nazirin ofisinin görüşdən sonra açıqladığı bəyanatda deyilir ki, İsrailin nümayəndələri danışıqlar aparmaq üçün bu həftə Vaşinqtona səfər edəcək.
Corc Mitçel bu gün əvvəl Qahirədə Misrin Xarici işlər naziri Əhməd Əbül Geytlə görüşüb. ABŞ-ın xüsusi nümayəndəsi İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu şərtilə həlli prinsipinə sadiq qaldıqlarını müzakirə edibrlə.
Mitçel cümə günü İordan çayının Qərb sahilində Ramallahda fələstinlilərin prezidenti Mahmud Abbasla görüş keçirib. Cənab Mahmudun İsrailin yaşayış məntəqələrinin inşasını dayandırmaq haqda tələbini bir daha təkrar etdiyi bildirilir.