Accessibility links

Pakistanda hüquq-mühafizə orqanlarına qarşı hücumlar artmaqdadır


Pakistanın Lahor və şimal-qərbində yaraqlıların hüquq-mühafizə orqanlarına hücumları zamanı azı 38 nəfərin qətlə yetirildiyi xəbər verilir. Rəsmilər bir dəstə silahlının bu gün səhər Lahor şəhərindəki Federal Təhqiqar Agentliyinin polislərin təlim mərkəzlərinə hücum etdiklərini bildirmişlər. Maşına yerləşdirilmiş bomba hücumu ölkənin şimal-qərbindəki Kohat şəhərində polis məntəqəsində həyata keçirilmişdir. Bundan bir neçə saat sonra isə Peşəvərdə, sakinlərin yaşadığı bölgərə bomba partladılmışdır. Rəsmilər ölənlərin əsasən polis işçiləri olduğunu və hücumlarla bağlı təhqiqatlar aparıldığını deyirlər.

Son 11 gün ərzində Taliban yaraqlılarının ölkədə 4 böyük terror hücumu həyata keçirdikləri və nəticədə 100 nəfərdən çox insanın həlak olduğu bildirilir.

XS
SM
MD
LG