Accessibility links

İranın nüvə proqramına dair danışıqlar sabah bərpa edilir


İran, Rusiya, Fransa, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın mübahisəli nüvə proqramına dair danışıqları sabah bərpa edir. Vyana görüşündə müzakirə mövzusu İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsi olacaq.

Qərb diplomatları etimada əsaslanan bu ölçülərlə uranın nüvə silahları üçün istifadə edilə biləcək dərəcədə zənginləşdirilməsi prosesinə nəzarət etmək istəyir.

Plan İranın 3.5 faiz saflaşdırılmış uranının Rusiya və Fransa tərəfindən 20 faizə artırılmasını nəzərdə tutur.


XS
SM
MD
LG