Accessibility links

Moskvada moda həftəsi keçirilir


Rusiyada moda dizayn sənətinin banisi hesab edilən Slava Zaytsev özünün 2010-cu il yaz-yay kolleksiyalarını nümayiş etdirib. Dizayn ciddi siluetlərilə seçilir. Zaytsevin yaz mövsümü üçün işlətdiyi ipək və məxmər parçalar əllə işlənmiş naxışlarla bəzədilib.

Moksvada fəaliyyət göstərən Zaytsev Rusiyanın ən tanınmış adamları üçün geyimlər hazırlayır. Onun şirkəti teatr tamaşaları üçün də kostyumlar tikir.

Rusiya moda həftəsi hazırda şərqi Avropada moda aləminin ən böyük tədbiridir.

Hazırda bütün dünyada moda təqvimində ən böyük tədbilər Nyu York, London, Milan və Parisdə keçirilən illlik göstərişlərdir.

Rusiya moda həftəsi zamanı ölkədə və post sevet məkanında ən tanınmış dizaynerlərin geyim kolleksiyaları nümayiş etdirilir.

XS
SM
MD
LG