Accessibility links

AVİD proqramı imkansızlara və mühacirlərə təhsil sahəsində kömək edir


Mühacir və azlıq təşkil edən qruplardan olan tələbələr Birləşmiş Ştatlarda kolleclərə daxil olarkən maneələrlə üzləşirlər. Belə tələbələrə kömək məqsədi ilə Kaliforniyadan Meri Katrin Svanson adlı bir müəllimə dörd mindən artıq təhsil ocağında istifadə edilən proqram hazırlayıb ki, bu proqram Birləşmiş Ştatlarda və onun sərhədlərindən kənarda yüz minlərlə tələbəyə yardım edir. Katrin Svanson az imkanlı tələbələrin hüquqlarını müdafiə edən pedaqoqdur. AVİD – Fərdi Qətiyyət Vasitəsilə İnkişaf adlı proqram fəaliyyətə 1980-ci ildə Svansonun dərs dediyi San Dieqo şəhərinin Klarimont məktəbində başlayıb. Məhkəmənin irqi inteqrasiya haqda qərarından sonra yoxsul məhəllələrdə yaşayan mühacir və afrikalı amerikalılar bu məktəbə gəlməyə başladı. Onlardan çoxunun dərs yükü ilə ayaqlaşması üçün əlavə köməyə ehtiyacı var idi. Proqrama cəmi 32 tələbə ilə başlayan Svanson sonra da oraya daha çox tələbə və müəllim cəlb etdi.

Mary Cathrine Svanson deyir ki, “Mən müəllimlərə öyrətdim ki, tələbələri xüsusi qruplara qoysunlar, və onlara problemlərin həlli sahəsində kömək etsinlər. Sonradan bu tələbələri həmin problemləri həll edərək bizə qaytarsınlar . Bu fərqli bir tədris üsulu idi.” Bu proqramla tələbələr İngilis dilindən tutmuş riyaziyyat sahəsinə qədər əlavə kömək əldə edə bildilər. “Hesablamalara görə bizim tələbələrimizin testlərdə topladığı ballar riyaziyyat sahəsində başqalarından 35 faiz, humanitar fənlərdə isə 48 faiz yüksəkdir” diyə xanım Svanson deyir.

Xanım Svanson tələbələrin öyrənməyə həvəsli olduqlarını, lakin onların düzgün yol və diqqətlərinin lazımi istiqamətə yönəldilməsində köməyə ehtiyacı olduğunu deyir: “Bu tələbələr bizim təhsil ocaqlarında nailiyyətlər əldə etmək istəyirlər, lakin onlar nə icmalarından, nə də ailələrindən kömək ala bilirlər. Onlara biz dəstək veririk. “ Artıq AVİD proqramında üç yüz mindən artıq tələbə iştirak edib ki, onların çoxu kolleclərə gedəcək. Bu proqram Biləşmiş Ştatların xaricdəki hərbi bazalarında da fəaliyyət göstərir. AVİD proqramı eləcə də, Kanada və Avstraliya tələbələrinə də köməyi nəzərdə tutur.

XS
SM
MD
LG