Accessibility links

Cənub-şərqi asiyalılar Avropa Birliyinə oxşamaq istəyir


Cənub-şərqi Asiya Dövlətləri Təşkilatı - ASEAN liderləri iqtisadi əməkdaşlığı, təbii fəlakətlərlə mübarizə və iqlim dəyişikliyi məsələlərini müzakirə etmək üçün Tailandda görüşlərin üçüncü gününü keçirib. Təşkilatın 10 üzvü ilə yanaşı, Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya və Yeni Zelandiyanı bir araya gətirən sammitin əsas müzakirə mövzusu böyük birlik olub Bu 16 dövlət dünya əhalisinin təxminən yarısına ev sahibliyi edir. Yaponiya baş naziri Yukio Hatoyama deyib ki, onun Avropa Birliyinə oxşar tiracarət blokunun yaradılması təklifi digər nümayəndələr tərəfindən dəstəklənib. Jurnalistlərə açıqlamasında belə blokun yaradılmasının 10 ilə yaxın vaxt ala biləcəyini dilə gətirən cənab Hatoyama oraya bir neçə valyutanın daxil olacağını bildirib. Dünən baş nazir bildirmişdi ki, Yaponiya yeni blokda ABŞ-ın yer almasını istəyir.
XS
SM
MD
LG