Accessibility links

Hollivudda 2009-cu il Ətraf Mühit Media Assosiasiyasının mükafatlarının təqdimatı mərasimi olub


Los Ancelesdə adətən yeni filmin premyerası zamanı yerə qırmızı xalı döşənirsə, ətraf mühitin qorunması sahəsində fəlaiyyətlərinə görə mükafatların tədqimatı mərasimi üçün bu dəfə yerdə yaşıl xalça döşənmişdi.

2009-cu il Ətraf Mühit Media Assosiasiyasının mükafatları təbiətin qorunmasına töhfə vermiş filmlər, televiziya proqramları və öz işlərilə bunu edən insanlara verilib. Gecənin aparıcıları aktyor Hərrison Ford və Kalista Flokhardt olublar. Gecəyə gələnlər Holivudun dünya miqyasında təsir göstərmək imkanlarını qeyd ediblər.

İş adamı və sahibkar ser Riçard Bronson sahibi olduğu Vircin Atlantik hava yolları də daxil olmaqla, təbiəti qoruyan şirkətlərə rəhbərlik etməsinə görə ilin mükafatını alıb. O deyir ki, dünya ölkələrinə səfərlər edən bir neçə hava yolları şirkətinin sahibi kimi qlobal istiləşmə kimi problemin ciddiliyini nəzərə alaraq təmiz enerjidən istifadə etməyə başlayıb.

Gecəyə toplaşanlar təbiətin qorunmasını öz işləri və yaradacılığında prioriotet etdiklərindən danışıblar.

XS
SM
MD
LG