Accessibility links

Angela Merkel yenidən kansler seçildi


Almaniya parlamenti rəsmən Angela Merkeli ikinci dönəm kansler vəzifəsinə seçib. Günün sonunadək onun yeni mərkəz sağçı hökumətinin təsdiq ediləcəyi gözlənilir. Xanım Merkelin rəhbərlik etdiyi mühafizəkarlar ötən ay keçirilən seçkilərdə böyük səslə qalib gəldikdən sonra solçu Sosial Demokratlarla qeyri-rahat ittifaqa son qoya bildilər. İndi kansler Merkelin Xristian Demokrat Partiyası sağ təmayüllü Azad Demokratlarla koalisiya qurub. Partiyalar ötən həftə alyansın tərkibi ilə bağlı razılığa gəliblər. Xanım Merkel vəd edib ki, ölkənin tibb sistemində islahatlar aparacaq və 36 milyard dollar həcmində vergi endirimləri həyata keçirəcək.
XS
SM
MD
LG