Accessibility links

ABŞ-ın bəzi ştatlarında bu gün seçkilər keçirilir


Birləşmiş Ştatların bir sıra ştatlarında bu gün keçirilən seçkilər prezident Barak Obamanın bir il bundan əvvəl prezident seçilməsindən sonra onun siyasətinin testi kimi qiymətləndirlilir.

Prezident Obamanın keçən il qələbə çaldığı Virciniya və Nyu Cesi ştatlarda namizədlər arasında gərgin rəqabət gedir.

Virciniyada qubernator seçklərində rəy sorğuları respublikaçı namizəd Bob Makdonnelin demokrat Kri Dids üzərində qələbə çala biləcəyini göstərir. Rəy sorğuları göstərir ki, keçən Obamaya səs vermiş müstəqil seçicilər bu dəfə Makdonelli dəstəkləyir.

Daha bir gərgin seçki isə adətən demokratlar üçün qələbənin asan təmin edildiyi Nyu Cersi ştatında gedir. Burada hazırda demokrat qubernator Con Korzine və onun respublikaçı rəqibi Kris Kristi arasında çox az fərq var.

Siyasi təhlilçilərin fikrincə, respublikaçıların Nyu Cersi və Virciniya ştatlarında qələbəsi Obama administrasiyasının opponentlərinə stimul verəcək və 2010-cu ildə seçkiləri Konqresə nəzarət uğrunda mübarizə meydanına çevirəcək.

XS
SM
MD
LG