Accessibility links

ABŞ hərbi bazasındakı atışmadan sonra əsgərlərlə psixoloqlar və ordu keşişləri iş aparır


Texasda ABŞ hərbi bazasındakı atışmadan sonra əsgərlərlə psixoloqlar və ordu keşişləri iş aparır. Ordu həkiminin açdığı atəş nəticəsində 13 nəfər öldürülüb, 31-i isə yaralanıb. Hadisə əsgərlərin xaricə yola düşməyə hazırlaşdığı vaxt baş verib. Psixiator, mayor Nidal Malik Həsən polislə atışma zamanı yaralanıb.

Ordu hücumun motivlərinə dair açıqlama verməyib.

ABŞ prezidenti Barak Obama və digər rəsmilər istintaq başa çatdırılmadan nəticələr çıxarmamağa çağırıb. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı insidenti məyusedici hal kimi qiymətləndirib.

Prezident Ağ Ev və digər federal binalar üzərindəki bayraqların noyabr ayının 11-dək yarıya endirilməsinə göstəriş verib.

XS
SM
MD
LG