Bu gün İraq parlamentində mübahisəli seçki qanununa dair səsvermə baş tutmayıb. Qanunvericilər Seçki Komissiyasının qanunun günün sonunadək təsdiq edilməsi təzyiqləri altında idi. Neftlə zəngin Kərkük şəhərinin statusu ilə bağlı razılıq əldə edilmədiyinə görə səsvermə sabah qalıb.
Seçki Komissiyasının sədri Fərəc Əl-Heydəri parlamentə qanunun bu həftə təsdiq edilmədiyi təqdirdə, yanvar ayının 16- seçkilərinin baş tutmayacağı barədə xəbərdarlıq verib.
Qanunvericilər kürd, ərəb və türmən icmalarının yaşadığı Kərküklə bağlı razılığa gələ bilmirlər. Bəziləri kürdlərin mənafeyinə olan hazırkı, digərləri isə ərəblərin xeyrinə olan 2004-cü il səsvermə qeydiyyatının nəzərə alınmasını istəyir.