Accessibility links

ABŞ-da Veteranlar günü qeyd edilir


Prezidentliyi dövründə ilk dəfə Veteranlar gününü qeyd edən ABŞ dövlət başçısı Barak Obama Vaşinqton yaxınlığındakı Arlington Milli Qəbiristanlığında tədbirə qatılaraq, mərasimdə çıxış edib. Bu ənənəvi bayram döyüşlərdə həyatlarını itirmiş amerikalılar və hazırda Birləşmiş Ştatlar orudusunda xidmət edən qadın və kişilərin şərəfinə keçirilir. Bu gün mərasim zamanı nitq söyləyən ABŞ prezidenti deyib ki, Amerika silahlı qüvvələrindəki qadın və kişilərin göstərdiyi şücaəti ifadə etmək üçün ifadə yoxdur. Bu gün dünyanın bir çox yerində və ABŞ-da Birinci Dünya Müharibəsinə son qoyan razılaşmasının 91-ci ildönümü qeyd olunur. Razılıq rəsmən ilin 11-ci ayının 11-ci gününün 11-ci saatında əldə edilib.
XS
SM
MD
LG