İran
rəsmilərinin bildirdiyinə görə, onlar kürd fəalını edam edib. Ona ölüm hökmünün
çıxarılması nsan haqları qruplarının etirazlarına səbəb olub. İranı yarı rəsmi
Fars xəbər agentliyi yerli ədliyyə rəsmisinə istinadən məluamt verib ki, Ehsan
Fattahyan İranın qərbində Kürdüstan vilayətindəki Sanandaj həbsxanasında edam
olunub. Rəsmilərin sözlərinə görə, Fattahyan silah daşımaqla dövlətin
təhlükəsizliyinə hədə törətməkdə ittiham edilmişdi. Fattahyan keçən ilin iyul
ayında həbs edilmiş və müxalif silahlı kürd qrupu – Komalanın üzvü olduğu
təsdiqlənmişdi. Mərkəzi Londonda yerləşən Amnesty İnternational da daxil
olmaqla bir çox insan haqları təşkilatları Fattahyan barədə ölüm hökmünün ləğvi
üçün İran hökumətinə müraciət etmişdi.