Accessibility links

İraqda 13 nəfər öldürülüb


İraq təhlükəsizlik rəsmilərinin sözlərinə görə, Bağdadın qərbində əsasən sünnilər yaşayan kənddə silahlılar 13 nəfəri öldürüb. İraq ordusunun Bağdad əməliyyatlarının zabiti general-mayor Qasım ƏL-Musəvi deyib ki, rəsmilər hadisənin qəbilələr arası münaqişə zəminində baş verdiyini ehtimal edir. Məlumata görə, hücumçular İraq ordusu geyimində olub və qurbanların öldürülməsində edam üsulundan istifadə olunub. Polis deyir ki,öldürülənlərdən ən azı biri İraqın əsas sünni ərəb siyasi partiyası olan İraq İslam Partiyası ilə əlaqəsi var. Kəndlilər sözlərinə görə isə, onlardan bəzisi Əl-Qaidəyə qarşı silahlı mübarizəyə qalxıbmış.
XS
SM
MD
LG