Accessibility links

Moskva qrip pandemiyasının yayıldığı Ukraynaya dərman və digər yardımlar göndərəcək


Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Moskva Kiyev hökumətinə kömək məqsədi ilə qrip pandemiyasının yayıldığı Ukraynaya dərman və digər yardımlar göndərəcək. Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, Kiyevə sabah Rusiyada istehsal edilən 200 000 bağlama virusa qarşı dərmanlar göndəriləcək.

İTAR –Tass agentliyi Rusiyanın Səhiyyə Nazirliyinin sözçüsünə istinadən dərmanların Rusiya üçün haradasa istehsal edilmədiyini, Rusiyanın özünün əlavə istehsalı olduğunu xəbər verib. Artıq keçən həftə Ukraynanın səhiyyə rəsmiləri ölkədə bir milyondan çox insanın qripə yoluxduğunu bildrimişdi. Lakin bu yoluxmaların cüzi faizi H1N1 virusu ilə əlaqədardır.

XS
SM
MD
LG