Accessibility links

Viktor Yuşçenko: Rusiya ilə qaza dair müqavilə dəyişməlidir


Ukrayna prezidenti Rusiyadan iki ölkə arasında təbii qaza dair razılığın yenidən nəzərdən keçirilməsini istəyir.

Bu gün özünün veb səhifəsində açıq məktubda Ukrayna prezidenti Viktor Yuşçenko yazıb ki, Rusiyadan qaz təchizatının Ukrayna və başqa Avropa ölkələrinə nəqlinin kəsilə bilməsilə bağlı təhlükələrin qarşısını almaq üçün müqavilə dəyişməlidir.

Cənab Yuşçenko bildirib ki, Rusiya qazın qiymətini üç dəfə qaldırıb, lakin Ukrayna ərazisi ilə Avropaya qazın nəqlinə görə tranzit haqqını artırmayıb. Ukrayna prezidentinin məktubunda deyilir ki, tranzit haqqı Rusiyanın qazın nəqli üçün digər Avropa ölkələrinə ödədiyi məbləğdən xeyli aşağıdır.

Rusiyanın Baş naziri Vladimir Putin və onun ukraynalı həmkarı Yuliya Timoşenko arasında bu gün görüş keçirilməlidir. Danışıqların məqsədi bu ilin yanvar ayında regionda yaranmış enerji böhranının bir daha təkrar olmasına yol verməməkdən ibarətdir.


XS
SM
MD
LG