Accessibility links

Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb


Əfqan rəsmiləri bildirirlər ki, Kabilin mərkəzində yerləşən mehmanxana yaxınlığına raket düşməsi ilə iki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Zamari Bəşari Amerikanın səsinə deyib ki, raket xəstəxana ilə Serena mehmanxanasının arasındakı yolu dağıdıb. Bu bölgə xarici turistlərlər arasında çox populyardır.

Mehmanxana prezident sarayı, nazirliklər və səfirlik binaları yaxınlığında yerləşir.

Rəsmilər raketin böyük partlayışa səbəb olduğunu bildirirlər.


XS
SM
MD
LG