Qısa adı Cundullah olan İran Xalqının Müqavimət Hərəkatı adlı təşkilatın lideri Əbdülmalik Rigi tərk-silaha hazır olduğunu elan edib və bunun üçün altı mühüm şərt irəli sürüb. Cundollah Pakistan sərhədinə yaxın olan Sərbaz şəhərində bu yaxınlarda İranın bir neçə fərmandeh ya komandanının ölümünə səbəb olan intiharçı hücumu həyata keçirən təşkilatdır.
Silahlı mübarizə aparan Cundollahın lideri Əbdülmalik Rigi sülhə hazır olduğunu, qruplaşmanın rəsmi bloqunda bildirib. Ancaq o, bu addımın atılması üçün 6 şərt irəli sürüb. Bu şərtlərin ən başında İran dövlətinin Sistan və Bəlucistan əyalətində, onun dediyi kimi desək, “sistematik zorakılığın dayandırılması” gəlir. Habelə, o, Bəluc və Sünni bütün siyasi məhbusların azad olunmasını tələb edir. Bəyanatda ayrıca Bəlucistandakı “gizli edam cəzalarının dayandırılmalı” olduğu deyilir. Bundan əlavə “Gərək sünnilərin müqəddəsatına təhriklər və Bəluc xalqının mədəniyyətinə olan həqarətlər davam etməsin”-deyə bloqda bildirilir. Riginin iki son istəyi “Hərbi birləşmələrin Bəlucistandan getməsi və əyalətdə siyasi partiyaların və mədəni fəaliyyətlərin azad olması”dır.
Cundullahın rəhbəri deyir ki: “Sərbaz şəhərindəki intiharçı hücumdan sonra, dünyada olan bir çox beynəlxalq insan haqları təşkilatları bizdən silahımızı yerə qoymağı və mədəni şəkildə mübarizə aparmağımızı istədilər”. Əbdülmalik Rigi deyir ki, “Əgər hakimiyyət bu şərtləri qəbul etsə və onların icrasına başlasa, silahlı mübarizə, öz-özünə dayanacaq. Əks təqdirdə daha da şiddətlənəcək”.
Əbdülmalik Rigi, beynalxalq təşkilatlardan İran hökumətini məhkum etmələrini və İranın bəlucların haqlarına hörmət göstərməsini tələb etmələrini istəyir.
Rigi bu bəyanatın ardınca dünya liderlərinin bir neçəsinə də məktub yazıb və onlardan, sülh və Bəlucların Haqları üçün kömək istəyib. Məktublar ABŞ prezidenti Barak Obamaya, Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Muna, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana və Səudiyyə Ərəbistanının Kralı Məlik Əbdullah Bin Əbdüləzizə ünvanlanıb.