Accessibility links

Harayın qonağı Fazil Mustafa: İranda tətbiq olunan prinsiplər müasir dünyanın tələblərinə uyğun gəlmir


HARAY-ın bu günkü qonağı Böyük Quruluş partiyasının başqanı, millət vəkili Fazil Mustafadır. Həm də fəlsəfə elmlər naməzidə olan cənab cənab Mustafa İranda islam fəlsəfəsinə əsaslanan mexanizmlərdən söhbət açır. Onunla müsahibəni sizə təqdim edirik.

Sual: İrandakı din fəlsəfəsinə bu ölkədə insanlığın, mədəniyyətin inkişafı cəhətindən münasibətiniz.

Cavab: Ümumiyyətlə İrandakı din fəlsəfəsini idioloji və totalitar sistemlər çərçivəsində müəyyənləşdirmək vacibdir. Bu totalitarizmin bir növü kimi götürülməlidir. Bütün totalitar cəmiyyətlərə uyğun olaraq idiologiyanın cəmiyyət üzərində hakim olması prinsipinə dayanır. Buna görə də bunun adı din də ola bilər, başqa ad da ola bilər. Amma dindən istifadə məsələsi daha təhlükəlidir, o baxımdan ki, dini dəyərlər daha çox insanların özəl həyatı ilə, özəl daxili dünyalarının təkamülü ilə bağlı məsələdir. Ona görə də, hakimiyyətin dindən istifadə metodları İslam dininə o qədər də fayda gətirmir.

Sual: Amma bununla yanaşı İranda qanunvericilik fəlsəfəsi dini fəlsəfəyə əsaslanır,İcra mexanizmləri dini fəlsəfəyə əsaslanır. Buradakı qanunvericilik fəlsəfəsi və icra fəlsələfəsi insanların mənafeyinə nə dərəcə də xidmət edir?

Cavab: birinci növbədə İslamın prinsiplərinə əsaslanan sistemlərdə heç vaxt məshəb anlayışı önə çəkilmir. İran Konstitusiyasında İranda hakim məshəbin Cəfəri məshəbi olduğu göstərilir, buda yanlışdır. Bütövlükdə islam bölünməzdir, İslamda məshəbçilik anlayışı yoxdur. Ölkədə tətbiq olunan prinsiplərin böyük əksəriyyəti müasir dünyanın tələblərinə uyğun gəlmir. Bu baxımdan da 1978-ci ildən başlayan sistem islamı bəlkə də təhrif edən əsas sistemlərdən biridir.

Sual: Ancaq İranın hüquq sistemi də dini fəlsəfəyə əsaslanır, Həqiqətən də dində İranda hazırda istifadə olunan cəza mexanizmləri nəzərdə tutulubmu?yəni insanların daşqalaq edilməsi, kütlənin gözü qarşısında insanların dar ağacından asılması və s.

Cavab: Əlbəttə belə cəza növləri müəyyən olub, İslamda, Quranda var. Amma müasir dövlət modelində bu funksiyanı dövlət öz üzərinə götürür. Amma modern dövlətlər bunu bir az daha sivil qaydada etməlidir, çünki İslam hər bir dövrə uyğunlaşa biləcək bir dindir. İslam müasir din olduğuna görə daha müasir yollar tapılmalıdır. Çox təəssüf ki, uzlaşma yolunun tapılmaması islam haqqında təsəvvürləri bir az dünyada mənfi çalarla təqdimata gətirib çıxarır

Sual: Təbii ki İranın dövlət nəzəriyyəsi İslam nəzəriyyəsinə əsaslanır. Amma islamda insanların etiraz hüququnun tanınması, etiraz səsinin eşidilməsi ilə bağlı da müddəalar var. Bəs İranda uzun illərdir millətlər , mədəni, siyasi, hüquqi azadlıqlarını tələb edir amma hökumət bu sahədə təbii ki geniş islahatlar aparmır. Buna səbəb nədir?

Cavab: Bu kimi məsələləri islamla bağlamaq əslində doğru deyil.Totalitar bir yanaşma ilə bağlamaq lazımdır. Hər hansı bir rejim vətəndaşa dayanan bir rejim olduğunu iddia edirsə, vətəndaşdan qorxmayan bir siyasət yeridir. Əks təqdirdə, demokratiya zərər görməyə başlayır. İranda son hadisələr də bunu göstərdi ki, əhali başqa şey istəyir. Onlar dəyişiklik istəyir. Bu isə zamanın tələbidir. Bu dəyişikliklər mütləq baş verəcək və bu dəyişikliklər baş verəndə xalqların hüquqlarının qorunması istiqamətində, xüsusilə də orada 30 milyondan artıq azərbaycan türkünün haqqının, məktəbinin tanınması, öz dilində tədris, öz dilində mətbuat – bu adi demokratik bir vəziyyətə gətirir. Bu gün Türkiyədə azlıqlara yönəlik siyasətdə xeyli dəyişikliklər oldu. İran da bunları etməlidir.

XS
SM
MD
LG