Accessibility links

Rusiyalı müstəntiqlər qatar qəzasını terror əməli adlandırır


Rusiya rəsmiləri deyir ki, cümə günü qatar qəzasında 26 adamın ölümünə, 50 adamın yaralanmasına səbəb olmuş hadisə bomba partlayışı nəticəsində baş verib. Rusiya dəmiryolu idarəsinin rəhbəri Vladimir Yakunun bildirib ki, ikinci daha kiçik partlayış Moskvadan 400 kilometr şimal qərbdə qəza yeri yaxınlığında baş verib. Prokurorlar terrorizm ittihamlarına gətirib çıxara biləcək istintaqa başlayıblar. Hələlik şübhəli şəxslər müəyyən edilməyib. Boloqoye şəhəri yaxınlığında müstəntiqlər Nevski Ekspress adlanan yüksək sürətli lüks qatarın sıradan çıxmasının detallarını araşdırırlar. Xilasedicilər hazırda itkin düşmüş 17 adamı axtarırlar. Onlar xəbərdarlıq edir ki, ölənlərin sayı arta bilər.
XS
SM
MD
LG