Accessibility links

Rusiya prokurorları qatarlardakı partlayışların terror hücumları olduğunu deyirlər


Rusiya rəsmiləri deyir ki, qatar qəzasının baş verdiyi ərazidə ikinci partlayış müstəntiqləri hədəf alıb. Şənbə günü Moskvadan Sankt Peterburqa gedən Nevski sürətli qatarında 26 nəfərin ölümü, 90 nəfərin yaralanması ilə nəticələnən qatar qəzası yerində müstəntiqlər təhqiqat apararkən ikinci partlayış baş verib. Rəsmilər ikinci bomba hücumunun uzaq məsafədən, mobil telefon vasitəsi ilə həyata keçirildiyini deyirlər. Lakin istintaq işçiləri arasında yaralananların olduğu barədə məlumat verilmir. Rusiya prokurorları hər iki partlayışın terrorçu hücumları olduğunu deyirlər.

XS
SM
MD
LG