Rusiyanın baş naziri Vladimir Putin 2012-ci ildə prezidentlik uğrunda mübariyəzə qoşula biləcəyini deyib və bildirib ki, onun qərarı Rusiyanı qlobal maliyyə böhranından çıxarmaq üzərində qurulacaq. Cənab Putin bu açıqlamları hər il Rusiyanın bütün bölgələrində canlı yayımlanan dəyirmi masa söhbəti zamanı verib. İctimai xidmətdən nə zaman ayrılacağı sualını cavablandırarkən cənab Putin gözlməyi məsləhət görib. Vladimir Putin 2008-ci ildə iki müddət prezidentliyi başa vurduqdan sonra baş nazir olub. Rusiyanın özündə və ölkənin xaricində onun 2012-ci ildə prezident Dmitri Medvedevin müddəti bitdikdən sonra yenidən prezidentlik uğrunda mübarizəyə qoşulacağı haqda şaiyələr dolaşır.