Pakistan hərbi qüvvələri ölkənin şimal-qərbində əməliyyatlar zamanı 15 militantın öldürüldüyünü bildiribilər.
Rəsmilər döyüşlərin bu il əsas hücumların baş verdiyi Svat vadisində getdiyini bildiriblər.
Hərbi qüvvələrin bəyanatında deyilir ki, militantların baş komandiri də döyüşlər zamanı qətlə yetirilənlər arasında olub.
Bu gün habelə şimal-qərbdə yerləşən Peşəvər şəhərində polis yoxlama məntəqəsində bomba partlayışı nəticəsində iki polis işçisinin yaralandığı bildirilir.