Accessibility links

Dəməşqdə iranlı zəvvarları daşıyan avtobus partlayıb


Suriyanın Daxili işlər naziri Dəməşqdə İran zəvvarlarını daşıyan avtobusda partlayışın terror aktı deyil, qəza nəticəsində baş verdiyini blidirib.

Səid Məhəmməd Sammmur deyib ki, abtobusun təkərləri yanacaq doldurulan zaman partlayıb. Sammurun bildirdiyinə görə, avtobusun sürücüsü və təkərləri təmin edən iki nəfər partlayış nəticəsində həlak olub.

Suriya rəsmiləri təhqiqata başlayıb və ərazi mətbuat üzvləri üçün bağlanıb.

Hadisə bu gün Dəməşqin iranlılar tərəfindən ziyarət edilən şiə müsəlman məbədinin yerləşdiyi Həzrəti Zeynəb məhəlləsində baş verib.

İnsident İranın Təhlükəsizlik Şurasının başçısı Səid Cəlilinin Suriya prezidenti Bəşşar əl-Əsədlə danışıqlar aparmaq üçün ölkəyə səfər etdiyi vaxta təsadüf edib.

XS
SM
MD
LG