Çin
dövlət mətbuatının bildirdiyinə görə, Qərbi Sincan regionunda iyulda baş qaldırmış
qanlı etnik iğtişaşlarla bağlı əlavə 3 nəfər edam cəzasına məhkum olunub.
Cəzanın icrası regional paytaxt Urumçidə Xalq Məhkəməsi 5 şübhəlini məhkum
edəndən bir gün sonra həyata keçirilib. Bununla da iğtişaşla bağlı ölüm
cəzasına məhkum olunanların sayı 17-yə çatıb.Sincan Uyğur Muxtar Bölgəsinin paytaxdı Urumçi
də iyul ayının beşində iğtişaşlar uyğurların Çinin cənubunda iki uyğurun han
çinliləri tərəfindən öldürülməsinə etiraz olaraq başlamışdı. Uyğurların hanlara
qarşı zorakılıq işlətməsindən iki gün sonra onlar da qisas almaq üçün şəhərin
uyğurların yaşadıqların hissələrinə hücum etmişdilər. Bu iğtişaşlardan sonra
yüzlərlə adam təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.