Accessibility links

Hillari Klinton: `Qaynar ölkəyə əlavə qüvvələrin göndərilməsi oradakı dinamikanı dəyişə bilər`


NATO-ya üzv ölkələr və ISAF adlanan Beynəlxalq Təhlükəsizliyiə Yardım Qüvvələrinə qoşunla töhfə verən başqa ölkələr Birləşmiş Ştatların göndərəcəyi əlavə qüvvələrə yardım məqsədi ilə Əfqanıstana daha 7000 əsgər göndərəcəklərinə söz vermişlər. Birləşmiş Ştatların dövlət katibi Hillari Kilnton Brüsseldə dünya ölkələrinin xarici işlər nazirləri ilə görüşü zamanı deyib ki, qaynar ölkəyə əlavə qüvvələrin göndərilməsi orada dinamikanı dəyişə bilər.

Bir çox ölkələr göndərəcəkləri qüvvələrin dəqiq sayını NATO-nun gələn həftə Belçikadakeçiriləcəkkonfransında açıqlamağı planlaşdırır.

NATO-nun baş katibi Anders Foq Rasmussen isə NATO və İSAF ölkələrixarici işlər nazirlərinin bağlı qapılar arxasında keçirilən konfrans zamanı verdiyi vədlərin Əfqanıstandakı missiyada birlik olduğunu nümayiş etdirdiyini deyib.

Birləşmiş Ştatların dövlət katibi Hillari Clinton Birləşmiş Ştatlar rəsmiləri adından xarici işlər nazirlərinə müraciətində əlavə koalisiya qüvvələrinin ölkənin təhlükəsizliyi üçün məsuliyyətin əfqan ordusuna daha tez təhvil verilməsinə yardımçı olacağını deyib.Xanım Kilinton prezident Obamanın 2011-ci ildə ordunun Əfqanıstandan çıxarılmasına qoyduğu vaxtı təsdiq etsə də, aydın edib ki, bu, yerdəki şəraitdən asılı olacaq.

Bağlı qapılar arxasında keçirilən yığıncaq zamanı etdiyi çıxışındaBirləşmiş Ştatların dövlət katibi ölkəsinin Əfqanıstan hökumətindəki korrupsiya hallarında narahat olduğunu bildirdi və dedi ki, prezident Karzay belə halların qarşısını almalı və hal-hazırkı vəziyyətlə ayaqlaşan yeni hökumət təşkil etməlidir.

XS
SM
MD
LG