Accessibility links

ABŞ rəsmisi İrana vaxtın getdikcə tükəndiyini deyir


ABŞ-ın milli təhlükəsizlik müşaviri deyir ki, Vaşinqton hələ də İranla nüvə danışıqlarına açıqdır, lakin mənzərə yaxşı deyil. Cim Couns CNN telekanalına müsahibədə bildirib ki, ilin sonuna az qalır və prezident Barak Obama yaxın gələcəkdə ABŞ-ın İranla bağlı diplomatik səylərini nəzərdən keçirəcək. Yüksək rütbəli ABŞ rəsmiləri İran beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmədiyi təqdirdə BMT Təhlükəsizlik Şurasında yeni sanksiyaların tətbiq edilməsini təklif ediblər. Bu arada İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi dünya qüdrətlərini İranı təcrid etmək üçün onun nüvə proqramı haqda yalan məlumatlar yaymaqda ittiham edib.
XS
SM
MD
LG