Accessibility links

ABŞ nümayəndəsi Cənubi Koreyadadır


ABŞ nümayəndəsi bu gün Cənubi Koreya rəsmiləri ilə görüşüb. Görüşlər ABŞ prezidenti Barak Obama hakimiyyətə gələndən bəri Vaşinqtonla Pxenyan arasında ilk təkbətək danışıqlar aparmaq üçün onun Şimali Koreyaya səfərindən öncə keçirilib. Stefan Bosvors Seulda Cənubi Koreyanın altı-tərəfli danışıqlarda nümayəndəsi Vi Sunq-Lakla görüşüb. Şimali Koreyaya səfəri öncəsi onun Cənubi Koreya xarici işlər naziri ilə görüşü gözlənilir. Bosvors Şimali Koreyanın silahsızlaşdırmaya dair altı-tərəfli danışıqlara geri qayıtmasına çalışacaq. Onun sözlərinə görə, Şimali Koreyada danışıqlar aparmamışdan əvvəl Cənubi Koreyaya səfər etməsi təsadüfi deyil.
XS
SM
MD
LG