Filippin
hökuməti deyir ki, ölkənin cənubunda güclü müsəlman klanına sadiq qüvvələrlə
federal qoşunlar arasında silahlı qarşıdurma olub. Prezidentin mətbuat katibi
Körk Remondenin sözlərinə görə, fövqəladə vəziyyət hökm sürən cənubi Maqundanao
vilayətində toqquşma zamanı itki olmayıb. O, deyib ki, dünən axşam Datu Unsay
şəhərində də atışma olub. Bu ərazi noyabr ayında 23 nəfərin ölümü ilə
nəticələnən seçki konvoyuna hücum baş vermiş yerə yaxındır. Güclü Ampatuan
klanını çökdürmək üçün minlərlə qoşun vilayətə nəzarət edir. Ailə seçkilərlə
bağlı qətliam planlaşdırmaqda ittiham olunur. Ampatuan ailəsi ilə əlaqəsi olan
68 nəfər həbs olunub.