Accessibility links

ABŞ-ın müdafiə naziri Robert Qeyts İraq prezidenti Cəlal Talabani ilə görüş keçirib


ABŞ-ın müdafiə naziri Robert Qeyts bu gün Bağdadda İraq prezidenti Cəlal Talabani və digər rəsmilərlə görüş keçirib. Əvvəlcədən elan edilməyən səfərlə nazir İraqa bu gün gedib.

Robert Qeyts İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşməli idi. Lakin görüş baş nazirin qanunvercilərin Bağdadda həyata keçirilən hücumlarla bağlı suallarını cavablandırması səbəbi ilə baş tutmayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceff Morrelin bildirdiyinə görə, ABŞ-ın müdafiə naziri iki gün əvvəl Bağdadda həyata keçirilən bomba hücumaları nəticəsində həlak olanlara görə başsağlığı verəcək.

XS
SM
MD
LG