Accessibility links

Türkiyənin şimal-qərbindəki mədəndə partlayış baş verib


Türkiyənin şimal-qərbindəki mədəndə baş verən partlayışın 19 nəfərin ölümünə səbəb olduğu xəbər verilir. Ölkənin əmək naziri Ömər Dincer partlayışin şaxtaçıların işlədiyi 220 metr dərinlikdəki mədənin tamamilə dağıldğını bildirib. Cənab Dincer xilasetmə işçilərinin şaxtadan partlayışa səbəb olan metan qazını təmizləməyə çalışdıqlarını deyib. Lakin bununla yanaşı nazir bildirib ki, cəsədlərin çıxarılması çox çətindir və buna əlavə qüvvə lazımdır. Xilasedicilərdən biri isə partlayış zamanı ölmüş şaxtaçıların cəsədlərini gördüyünü və onların üzlərinin, əllərinin və paltarlarının yandığını deyib. Partlayışa metan qazının səbəb olduğu guman edilir.

XS
SM
MD
LG