Accessibility links

Bu gün Kopenhagendə nümayişlər keçirilib


Bu gün Kopenhagendə on minlərlə ətraf mühitin mühafizəsi fəallarının iştirakı ilə kütləvi aksiyalar təşkil edilib. Dünyanın digər bölgələrində də etiraz nümayişləri keçiirlib. Avstraliyada 40000 insan “İstiləşmə əleyhinə yürüş” adlı aksiyada iştirak edib.

Bu gün Kopenhagen sammitinin ikinci həftəsində iştirak etmək üçün dünya ölkələrinin ekologiya nazirləri Kopenhagenə toplaşır.

Gələn həftənin sonu Danimarka paytaxtında 100-dən artıq ölkənin hökumət və dövlət başçılarının istixana qazlarının ixtisarına dair protokolu imzalamasından əvvəl məqsədlər və maliyyələşdirmə məsələləri müzakirə edilir.

XS
SM
MD
LG