Accessibility links

ABŞ prezidenti Senatı məhdudiyyətlər planının təsdiqinə çağırır


ABŞ prezidenti Barak Obama Senatı 1930-cu illər Amerikanın Böyük Depressiyasiya dövründən bəri ciddi tənəzzülə məruz qalan maliyyə sektorunun canlandırılması üçün məhdudiyyətlər planının təsdiqinə çağırıb. Həftəlik radio müraciəti zamanı dövlət başçısı sənədin özündə maliyyə sektorunun ehtiyac duyduğu dəyişikliyi əks etdirdiyini deyib.

Demokratların nəzarəti altında olan Nümayəndələr Palatası qanunu dünən 223 lehinə, 202 əleyhinə səslə təsdiq edib.

Sənəd kredit kardları, ipotekalar və digər maliyyə xidmətlərinə nəzarət edilməsini nəzərdə tutur. Qanun respublikaçıların kəskin etirazı ilə üzləşib. Onlar yeni qaydaların iqtisadi artımın yavaşıması və daha artıq iş yerinin itirilməsinə səbəb olacağını deyir.

XS
SM
MD
LG