Accessibility links

İraqda bomba partlayışları zamanı üç nəfər həlak olub, 30-dan çox adam yaralanıb


Polisin bildirdiyinə görə, İraqda maşına yerləşdirilmiş üç bomba partlayışı zamanı üç nəfər həlak olub, 30-dan çox adam yaralanıb.

Rəsmilər bir bombanın Fəllucədə partladığını, hadisə nəticəsində iki nəfərin öldüyünü və yeddi nəfərin yaralandığını bildirirlər. Polisin verdiyi məlumata görə, bomba hücumunun hədəfi belə görünür, hadisə nəticəsində heç bir xəsarət almamış polis zabiti olub.

Fəllucədə rəsmi nümayəndənin evinin yaxınlığında maşına yerləşdirilmiş daha bir bomba partlayışı beş nəfərin yaralanması ilə nəticələnib.

Şimalda Mosul şəhərində isə maşına yerləşdirilmiş bomba İraq ordusuna yeni yazılmış əsgərlərin dayandığı yerin yaxınlığında partlamış, hadisə nəticəsində bir nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır.

Son aylar İraqda zorakılıqların azalması müşahidə olunsa da, militantlat ara-sıra hücumlat həyata keçirir.


XS
SM
MD
LG