İrandan alınan xəbərdə bildirilir ki, İslam respublikasının banisi Ayətulla Ruhulla Xomeyninin şəkillərini cırmaqda ittiham olunan bir neçə nümayişçi həbs edilib. Tehran prokuroru Cəfəri Dolatabadi bu gün bildirib ki, dekabırın 7-də keçirilən etiraz aksiyaları zamanı həbs edilənlər Ayətulla Xomeyninin şəkillərini cırdıqlarını etiraf etmişlər. İranın ali ruhani lideri Ayətulla Xameneyi müxalifət tərəfdarı nümayəndələrin İslam sisteminin dağıdıcı bir system olduğunu deməklə, onların İslam respublikasını təhqir etdiklərini bildirmişdir.
Dünən yenə də Tehran universitetində yüzlərlə müxalifət tərəfdarlarının etiraz aksiyaları keçirdikləri bilririlib. Bu arada isə islahatçı müxalifət lideri Mir Hüseyn Musəvi "Kəlame" veb səhifəsində yazdığı məqalədə bildirib ki, dövlət mediasında yayımlanan təbliğat yeni və gözlənilməz hadisələrə gətirib çıxara bilər.