Accessibility links

İran üç amerikalını məhkəmə qarşısına çıxarmağa hazırlaşır


İranın Xarici İşlər naziri Mənuçehr Möttəki deyib ki, İran sərhəddini İraq tərəfdən keçən üç amerikalı məhkəmə qarşısına çıxarılacaq.

Mənuçehr Möttəki bu gün Tehranda keçirdiyi mətbuat konfransında məhkəmprosesinin nə zaman başlayacağı haqda bir söz deməyib. O deyib ki, amerikalılar İrana “şübhəli məqsədlərlə” daxil olublar. İran onları casusluqda ittiham edir.

Amerika vətədanşları iyul ayının 31-də İraqın şimalında dağlara çıxan zaman qeyri-qanuni olaraq İran sərhəddini keçmişlər.

ABŞ Dövlət katibi Hillari Klinton bu gün bir daha deyib ki, Vaşinqton onlara qarşı ittihamları əsassız sayır. Xanım Klinton onlarını azad edilməsi çağırışını bir daha dilə gətirib.


XS
SM
MD
LG