Türkiyə
rəsmiləri deyir ki, kürd yönümlü partiyanın fəaliyyətinə qoyulmuş qadağa
əleyhinə keçirilən nümayişin iştirakçılarına dükan sahibinin açdığı atəş
nəticəsində 2 nəfər həlak olub. Bulanik
şəhərinin merinin sözlərinə görə, insident zamanı bir neçə insan da
yaralanıb. Yerli mətbuat bildirir ki, hadisə əsasən kürdlərin yaşadığı
Bulanikda nümayişçilərin dükanları və bankları daşa tutmasından sonra baş
verib. Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, dükan sahibi
nümayişçilərə atəş açdığına görə nəzarət altına alınıb. Nümayişçilər Türkiyə
Konstitusiya məhkəməsinin keçən həftə Demokratik Cəmiyyət Partiyasının
fəaliyyətinə qadağa qoymasına etiraz edirdi.