İranın
ədliyyə rəsmiləri müxalifət liderlərinə xəbərdarlıq edib ki, onlar milli
maraqlara zidd fəaliyyətlərlə məşğul olduqlarına görə məsuliyyətə cəlb oluna
bilər. Ədliyyə naziri Sadiq Laricaninin İran dövlət mətbuatına bildirdiyinə
görə, indi rəsmilərin əlində sübut var ki, müxalifət liderləri iyun ayı
prezident seçkilərindən sonra məqsədli şəkildə tələbələri təhrik edib.
Müxalifət liderləri İran dövlət başçısı Mahmud Əhmədinejadı prezident
seçkilərini öz xeyrinə saxtalaşdırmaqda ittiham edir. Buna cavab olaraq isə
İranda 1979-cu ildən bəri ən irimiqyaslı etiraz dalğası baş qaldırıb.
Nümayişlərin ardınca mindən çox siyasi fəal, jurnalist və başqaları həbs
olunub. Bir çox insanın isə öldürüldüyü bildirilir.