Accessibility links

Rusiya ABŞ-ı nüvə danışıqlarını ləngitməkdə ittiham edir


Rusiya Birləşmiş Ştatları yeni nüvə silahları sazişində proqresə əngəl törətməkdə ittiham edir. Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı müzakirəçiləri ötən həftə ərzində səyləri yavaşıtdıqlarına görə tənqid edib. O, danışıqların inkişaf etdiyini bildirsə də, bu həftə Kopenhagendə prezident Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında müqavilənin imzalanacağını güman etmir. ABŞ və Rusiya müzakirəçiləri Cenevrədə 1991-ci ildə imzalanmaış Strateji Silahları Azaltma Müqaviləsini əvəzləmək üçün danışıqlar aparırlar. Məqsəd ilin sonuna qədər saziş əldə etməkdir. Yeni müqavilə ABŞ və Rusiyanın nüvə arsenalında ixtisarları bir qədər də dərinləşdirməyi nəzərdə tutur.
XS
SM
MD
LG