Accessibility links

Minlərlə insan İranın ali ruhani dissidenti Ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasimində iştirak edib


İran müxalifətinin veb səhifəsində minlərlə insanın İranın ali ruhani dissidenti Ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasimində iştirak etdiyi bildirilir. Məlumatda bu gün Qum şəhərində keçirilən mərasim iştirakçılarının çoxunun hökumət əleyhinə şüarlar səsləndirdiyi və əllərində İranın müxalifət hərəkatının yaşıl rəngli simvolunu daşıdıqları deyilir. Veb səhifədə eləcə də, bəzi nümayişçilərin nümayişi dağıtmağa çalışan polisi daşa basdığı və onların arasında qarşıdurmanın baş verdiyi bildirilir.

Bütün bunlara baxmayaraq, etiraz aksiyaları və ya digər insidentlər müstəqil xəbər mənbələri tərəfindən təsdiq edilməyib. Xarici mətbuatın dəfn mərasimində iştirakına icazə verilməyib.

XS
SM
MD
LG