Accessibility links

Ali Məhkəmə Suu Kyinin müraciətini qəbul edib


Bu gün Birma Ali Məhkəməsi ev dustaqlığında olan müxalifət lideri Aunq San Suu Kyinin apelyasiya şikayətini qəbul etməyə razılıq verib. Aşağı instansiya məhkəməsi avqust ayında Nobel sülh mükafatı laureatının ev dustaqlığı müddətini əlavə 18 ay uzatdıqdan sonra onun vəkilləri keçən ay Ali Məhkəməyə müraciət etmişdi. Müddətin uzadılmasına səbəb isə bir amerikalının dəvət olunmadan üzərək gölü keçməsi və onun cəza çəkdiyi evə daxil olması idi. Hüquq işçiləri deyir ki, ev dustaqlığı müddətini uzadılması qeyri-qanunidir, cünki bu qərar hazırda qüvvədə olmayan 1974-cü il Konstitusiyasının maddələrinə əsaslanır. Daha əvvəl 3 il müddətinə ağır məcburi əməyə məhkum edilən 64 yaşlı müxalifət liderinin bu cəzası hərbi lider General Tan Şve tərəfindən dəyişdirilmişdi.
XS
SM
MD
LG