Accessibility links

İraqın nəqliyyat nəzirinin müavini korrupsiya ittihamı ilə 8 il həbs cəzasına məhkum edilib


İraq rəsmilərinin bildirdyinə görə, xarici şirkətdən qrant verilməsi əvəzində yarım milyon dollar almağa çalışan nəqliyyat nəzirinin müavini Ədnan Əl-Obeydi korrupsiya ittihamı ilə 8 il həbs cəzasına məhkum edilib. İraq rəsmiləri xarici şirkətin Əl-Obeydinin 100 000 dollar məbləğində pul əldə etmək istəməsi barədə məlumatı korrupsiya ilə mübarizə üzrə rəsmilərə çatdırdığını və onun yaxalanmasına yardım etdiyini bildirmişlər.

İraqdan alınan digər məlumatda isə bildirilir ki, bu gün ölkənin şimalındakı Tal Afar şəhərində intiharçının həyata keçirdiyi bomba hücumu yerli məntəqənin şura sədri və onun cangüdəninin ölümü ilə nəticələnib.

XS
SM
MD
LG