Rəsmilərin
bildirdiyinə görə, dünən Yamayka paytaxtı Kinqston hava limanında Amerika Hava
Yollarına məxsus təyyarənin uçuş zolağından çıxması nəticəsində 91 nəfər
yaralanıb. Ağır hava şəraitində Norman Manli Beynəlxalq Hava Limanına enən Boeing
737 layneri uçuş zolağından kənara çıxıb. Enmə zolağının sonundakı hasarı da
keçən təyyarə çimərliyə çatmamışdan əvvəl avtomagistralda dayanmağa cəhd
göstərib. Hələlik hadisə zamanı ölənlər barədə məlumat verilməyib. Vaşinqtondan Kinqstona istiqamət alan və
enməmişdən öncə Mayamidə dayanan təyyarənin tərkində 154 sərnişin olub.