Accessibility links

ABŞ Senatı səhiyyə islahatları qanununu təsdiq etdi


ABŞ Senatı 30 milyon əlavə amerikalını sığortalayacaq yeni səhiyyə islahatları qanun layihəsini təsdiq edib. Cümə axşamı erkən səsvermədə senatorlar 60:39 səs nisbətində, azlıqda olan Respublikaçıların hamısı əleyhinə olmaqla, qanuna səs veriblər. Qanunun qəbulu prezident Barak Obama və onun Demokrat partiyadaşları üçün mühüm qələbə sayılır. Cənab Obama səhiyyə islahatlarını daxili siyasətdə başlıca prioritet elan etmişdi. Bu gün Ağ Evdə çıxış edən ABŞ prezidenti Senatın qəbul etdiyi qanunun sığorta şirkətlərini cavabdeh tutmaq üçün qəbul etdiyi ən sərt ölçü kimi dəyərləndirib. Sığorta imtiyazalarını genişləndirməkdən əlavə bu qanun sığorta şirkətlərinə əvvəl mövcud olan xəstəliklərə görə xidmət verməkdən imtina etməyi qadağan edir.
XS
SM
MD
LG