Accessibility links

İsrail əsgərləri İordan çayının Qərb sahili və Qəzza zolağında 6 fələstinlini öldürüb


İsrail əsgərləri İordan çayının Qərb sahili və Qəzza zolağında əməliyyatlar zamanı 6 fələstinlini öldürüblər. Bu, İsrail-Fələstin münaqişəsində bir ilə yaxın müddət ərzində ən böyük tələfatla nəticələnmiş bir gündür.

Iordan çayının Qərb sahilində Nablus şəhərində reyd zamanı İsrail əsgərləri yəhudi sakini qətlə yetirməkdə şübhəli bilinən üç şəxsi öldürüblər.

İsrail hərbi qüvvələri bildirir ki, əsgərlər həmin şəxslərin evlərinə daxil olmuş və onlar təslim olmaqdan imtina etdikdən sonra onlara atəş açmışlar.

Fələstinlilərin Baş naziri Salam Fayyad reydi tənqid edərək, bununla vəziyyətin gərginləşdiyini deyib.

Şübhəli şəxslər əl-Aqsa Şəhidlər briqadasının üzvləri olublar.

XS
SM
MD
LG