Accessibility links

Xorvatiyada təkrar prezident seçkiləri keçiriləcək


Xorvatiyada müxalifət Sosial Demokrat partiyasından namizəd İvo Yosipoviç prezident seçkisinin birinci turunda səslərin böyük hissəsini əldə edərək, gələn ay əsas rəqibi, müstəqil Milan Bandiçlə təkrar seçkilərdə qarşılaşacaq.

Bu gün açıqlanan rəsmi nəticələr hüquqşünas professor və bəstəkar olan Yosipoviçin səslərin 32.4 faizini əldə ediyini göstərir.

Xorvatiya paytaxtı Zaqrebin nüfuzlu meri, keçmiş sosial-demokrat Bandiç ikinci yerə çıxaraq, səslərin 14.8 fazini alıb.

Heç bir namizəd səslərin lazım olan 50 fazini ala bilməyib və yanvarın 10-da seçkilərdə təkrar sonuncu raundunda yarışacaq.

XS
SM
MD
LG