Misir prezidenti Hüsnü Mübarək bu
gün Qahirədə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İsrail-Fələsin
sülh danışıqlarının gedişatını müzakirə edib. Misirin MENA rəsmi xəbər
agentliyi liderlərin müzakirələri cənab Mübarəkin ofisində apardıqlarınıbildirib. İsrailin baş naziri Netanyahu
Qahirəyə dünən Misrin İsraili Şərqi Qüdsdə 700 yeni mənzil inşa edəcəyi barədə
açıqladığı planı təndiq etdiyi gün yetişib. Misrin xarici işlər naziri Əhməd Əbul Geyt bu
gün deyib ki, İsrailin fələstinlilərin torpaqlarında inşa işlərnə başlaması
sülh danışıqları prosesini sual altına alacaq. O, eləcə də İsrailin sülhə nail
olmaq üçün tələb olunan iradəyə malik olub-olmamasını sual edib.