Accessibility links

Türkiyədə sabiq qanunvericilər məhkəmə qarşısına çıxarılıb


Türkiyə parlamentindən xaric edildikdən sonra kürdpərəst siyasi partiyanın üzvləri olan iki sabiq qanunverici məhkəmə qarşısına çıxarılıb. Demokratik Cəmiyyət Partiyasının üzvləri Əhməd Türk və Aysel Tuğluk parlament immunitetindən məhrum edildikdən sonrda məhkəmədə ifadə veriblər. Onlar kürd separatçıları və PKK ilə əlaqələrinin olması haqda iddiaları inkar ediblər. Məhkəmə zalı qarşısında jurnalistlərə açıqlama verən cənab Türk deyib ki, o, təbliğatla məşğul olmayıb, yalnız öz fikirlərini ifadə edib. Üç həftə bundan öncə Türkiyə Konstitutsiya Məhkəməsi DCP-ni qanundan kənar elan edərək Türk, Tuğluk və 30 başqa partiya üzvünün siyasi fəaliyyətinə beş illik qadağa qoydu.
XS
SM
MD
LG